BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

30/09/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Universitetin bir qrup əməkdaşı və tələbəsi Mexanika-riyaziyyat fakültəsinin şəhid məzunu Manaf Bəhmənlinin məzarını ziyarət edib.

Vətən torpağı uğrunda qəhrəmancasına şəhid olan Manaf Bəhmənlinin əziz xatirəsi ehtiramla yad olunub. BDU-nun şəhid məzunlarının xalqımızın və Universitetin tarixində əbədi qalacağı vurğulanıb.

Qeyd edək ki, Manaf Bəhmənli 2015-2020-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Manaf Bəhmənli sentyabrın 27-də Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026