BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub

19/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin bir qrup əməkdaşı Novruz bayramı ərəfəsində fakültənin məzunu, Vətən müharibəsi şəhidi, leytenant Namiq Cavadovun ailəsini ziyarət edib.

Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, dekan müavini Qoşqar Məmmədov, dosent Şəkər Məmmədova və fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Sadiq Novruzov şəhid Namiq Cavadovun ailə üzvləri ilə görüşüb, bayram sovqatını təqdim ediblər.

Fakültə əməkdaşları şəhid Namiq Cavadovun Vətən torpağı uğrunda düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldığını vurğulayıblar. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Namiqin xatirəsinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağını, onun ömür yolunun gələcək nəsillər üçün örnək olacağını qeyd ediblər.

Namiq Cavadov 1973-cü ilin noyabr ayının 7-də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1993-1997-cu illərdə BDU-nun Coğrafiya fakültəsində təhsil alıb. 2020-ci il oktyabr ayının 25-də Laçının Güləbird qəsəbəsində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Namiq Cavadov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026