BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

23/09/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Universitetin bir qrup əməkdaşı və tələbəsi Vətən müharibəsi şəhidi, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nicat Əhmədovun doğum günündə ailəsi ilə görüşüb, məzarını ziyarət edib.

Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov,  THİK sədri Zöhrab Cavadzadə və qurumun fəal üzvləri iştirak ediblər.

Görüşdə çıxış edənlər Nicat Əhmədovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşduğunu qeyd ediblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Nicat Əhmədovun müəllimləri və tələbə yoldaşlarının qəlbində daim yaşayacağı vurğulanıb.

Qeyd edək ki, Nicat Əhmədov 2016-2020-ci illərdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təhsil alıb. 2020-ci il oktyabrın 8-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026