BDU-nun şəhid məzunu Əsəd Əsədovun anım günüdür

12/10/2021

44 gün davam edən Vətən müharibəsində Universitetimizin yüzlərlə məzunu  könüllü olaraq cəbhəyə yollanıb. Onlardan 19 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalıb.

Müqəddəs şəhidlərimizdən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin şəhid məzunu Əsəd Əsədovun bu gün şəhadətə qovuşmasından bir il ötür.

Baş leytenant Əsədov Əsəd Cəmaləddin oğlu 1978-ci ildə Neftçala rayonunun Tatarməhlə kəndində anadan olub. 1995-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin iqtisadi nəzəriyyə ixtisasına qəbul olunub. 1999-cu ildə BDU-nu müvəffəqiyyətlə bitirərək rayona qayıdan Əsəd 2001-ci il iyulun 7-dən Neftçala rayonu Əhalinin Sosial Mudafiəsi Mərkəzinə pensiya üzrə sahə mufəttişi təyin olunub. 2004-cü ildə isə hərbi xidmətə yollanıb. 2006-ci ildə hərbi xidməti baş leytenant rütbəsi ilə başa vurub. 2006-ci il iyulun 10-dan Neftçala rayon ƏSMM-nin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işə baslayıb.
2007-ci il martın 1-də "3-cü dərəcəli dövlət qulluqçusu" dərəcəsi alıb. 2008-ci il martın 11-dən "Texnikabank" ASC-nin Neftçala filialının kredit şöbəsinə aparıcı mütəxəssis təyin olunub. 2014-2015-ci illərdə FİNCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatında kredit işçisi vəzifəsində çalışıb. Son işi – 2019-cu il dekabrın 5-dən işə başladığı “Neftçala Operating Company” neft şirkətində mühasib vəzifəsi olub.

2020-ci ilin 21 sentyabrında Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etmək, Vətən torpaqlarını mənfur düşmənin tapdaqlarından azad etmək üçün könüllü olaraq ordu sıralarına qatılıb. Oktyabr ayının 12-də gərgin döyüşlər zamanı snayper gülləsindən yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

Füzuli rayonunun azad olunmasında, ən ağır döyüşlərdə mətinlik və qəhrəmanlıq nümayiş etdirərək canını qurban verən məğrur Əsəd Əsədov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Vətən uğrunda canından keçən şəhidlərimizi qürurla anır, ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024