BDU-nun şəhid tələbə və məzunlarının xatirəsinə videoçarxlar hazırlanır

07/05/2021

Bakı Dövlət Universiteinin (BDU) Jurnalistika fakültəsinin Tədris tele-radio studiyası (BDU TV) yeni layihəyə start verib. Universitetin 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış tələbə və məzunlarının xatirəsinə videoçarxların hazırlanmasına başlanılıb. Layihə çərçivəsində BDU-nun 18 şəhid tələbə və məzunun hər biri haqqında videoçarx hazırlanacaq.

İlk videoçarx BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu şəhid Cavid Manafova həsr edilib. Cavid Manafov Vətən Müharibəsində xüsusi şücaət göstərib, göstərdiyi şücaətə görə (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.

Vətən uğrunda canından keçən şəhidlərimizi qürurla anır, ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

https://www.youtube.com/watch

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026