BDU-nun Hirş indeksi 56-ya çatıb

27/03/2023

“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2023-ci ilin ilk 3 ayı ərzində BDU-nun Hirş indeksi artaraq 56 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 6.81-ə qədər yüksəlib. Xatırladaq ki, 2018-cı ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3761 elmi əsər nəşr edilib. Bu əsərlərə 25629 dəfə istinad edilib. Təkcə 2022-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 254 əsər (2022-ci il üzrə yekun nəticələr tam deyil, 2023-cü ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib və nəşr edilən əsərlərə 5603 dəfə istinad olunub ki, bu da  2018-ci ildə edilən istinadların sayından 2.5 dəfə çoxdur.

Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026