BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

07/08/2026

Bakı Dövlət Universiteti (BDU) və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı və Şəmkir Arxeoloji Ekspedisiyasının təşəbbüsü ilə “Tarix” ixtisası üzrə təhsil alan tələbələr üçün “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Arxeoloji Yay Məktəbi davam edir.

5-6 avqust tarixlərində yay məktəbində tələbələr mütəxəssislərin rəhbərliyi ilə qazıntı sahəsində aparılan arxeoloji tədqiqatlara birbaşa cəlb olunub. Onlar mədəni təbəqələrin mərhələli şəkildə qazılması və təmizlənməsi, torpağın ələnməsi, aşkar edilən arxeoloji materialların müəyyənləşdirilməsi, toplanması, çeşidlənməsi və ilkin sənədləşdirilməsi işlərində yaxından iştirak edib.

Arxeoloji qazıntılar zamanı tələbələrin iştirakı ilə ərazidə aşkar edilən təndir yerləri, tikili qalıqları torpaq qatından mərhələli şəkildə açılaraq təmizlənir, onların sərhədləri müəyyənləşdirilir, divar və digər memarlıq elementlərinin quruluşu öyrənilib. Qazıntılarda əhəng qarışığından hazırlanan döşəmə qatı da aşkar edilib. Tələbələr eyni zamanda şəhərin memarlıq planlaşdırılması və sosial-iqtisadi həyatı haqqında daha ətraflı məlumatların əldə olunmasına imkan verəcək obyektlərin planlarını hazırlayıb, fotoşəkillərini çəkib, ölçüləri götürüb və müvafiq sahənin sənədlərə daxil edilməsini həyata keçiriblər.

Yay Arxeoloji Məktəbinin nəzəri proqramı çərçivəsində tələbələr üçün “Rəqəmsal arxeologiya: coğrafi informasiya sistemləri (CİS)” mövzusunda mühazirə də keçirilib. Mühazirədə CİS-nin arxeoloji tədqiqatlarda tətbiqi, qazıntı sahələrinin rəqəmsal xəritələndirilməsi, arxeoloji obyekt və tapıntıların koordinatlarla əlaqələndirilməsi, məkan təhlillərinin aparılması və tədqiqat nəticələrinin rəqəmsal məlumat bazalarında saxlanılması barədə məlumat verilib. Həmçinin “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nurlan Həsənov “Qoruğun fəaliyyəti və qarşıda duran perspektivlər”, əməkdaşı Xəyal Səməndərli isə “Qoruğun arxeoloji turizm potensialı” mövzusunda təqdimatla çıxış ediblər.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026