BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

08/09/2025

Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulmasının canlı müşahidəsi həyata keçirilib. Bu mühüm elmi-maarifləndirici tədbir Bakı Dövlət Universitetinin (BDU) təşkilati dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Azərbaycanda astronomiya təhsilinin təşviqi” layihəsi çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi, “Park Bulvar” AVM, Tusi-Bohm Planetariumu və Şamaxı Astrofizika Rəsədxanasının birgə tərəfdaşlığı ilə keçirilib.

Tədbir zamanı xüsusi quraşdırılmış teleskoplar vasitəsilə Ay tutulmasının müxtəlif mərhələləri ictimaiyyətə nümayiş etdirilib, iştirakçılar real vaxt rejimində bu nadir astronomik hadisəni izləmək imkanı qazanıb. Müşahidələrə paralel olaraq, BDU-nun Astrofizika kafedrasının alimləri Ay tutulmasının səbəbləri, gedişatı və astronomik əhəmiyyəti barədə ətraflı elmi izahlar verib, medianın və  iştirakçıların suallarını cavablandırıblar.

Müşahidə gecəsi həm elmi ictimaiyyət, həm də gənc nəsil arasında kosmik elmlərə marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbir, eyni zamanda, Azərbaycanda astronomiyanın populyarlaşdırılması, cəmiyyətin fundamental elmlərə marağının genişləndirilməsi və gənclərin gələcəkdə bu sahədə təhsil almağa təşviq edilməsi məqsədlərinə xidmət edib.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026