BDU-nun həmtəşkilatçılığı ilə “Qobustan: Qədim izlər, minillik yaddaş” adlı tədbir keçirilib

16/09/2026

Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzi, “BDU könüllüləri” təşkilatı və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə “Qobustan: Qədim izlər, minillik yaddaş” adlı tədbir keçirilib.

Tədbirdə Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Sabir Nəzirov, aparıcı elmi işçiləri Günay Verdiyeva və Şahlar Məmmədov, BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov çıxış ediblər. Çıxışlarda Qobustanın tarixi, elmi və mədəni əhəmiyyəti, qoruqda aparılan arxeoloji tədqiqatlar və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərdən bəhs olunub.

Bildirilib ki, Qobustan ərazisində elmi-tədqiqat işlərinə 1939-cu ildən başlanılıb. Qoruğun hazırkı muzey binası 2011-ci ildən fəaliyyət göstərir. İştirakçılara Qobustanın qayaüstü təsvirləri, onların qədim insanların həyat tərzi və dünyagörüşünün öyrənilməsində əhəmiyyəti barədə məlumat verilib.

Tədbir zamanı BDU-nun rektoru Elçin Babayevin adından Qobustan Milli Tarix-Bədii Qoruğuna göndərilən məktub təqdim olunub və yubiley münasibətilə təbriklər çatdırılıb.

Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi işçisi Nərmin Cəfərova iştirakçılara qoruğun ərazisi və tarixi-mədəni irs nümunələri haqqında məlumat verib. Qoruğun rəssamı Səidə Musayevanın iştirakı ilə praktiki fəaliyyət keçirilib və iştirakçılar qədim sənət nümunələrinin hazırlanma üsulları ilə tanış olublar.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026