BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı

26/07/2025

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, "BDU könüllüləri" təşkilatı və "Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı olub.

Düşərgə iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov düşərgəni açıq elan edib və Universitetin ictimai fəaliyyətində “BDU könüllüləri” təşkilatının fəal rolunu vurğulayıb. O, Universitetdə həyata keçirilən vətənpərvərlik yönümlü layihələrin gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, sosial məsuliyyətlərinin artırılmasına mühüm töhfə verdiyini qeyd edib. Daha sonra düşərgənin proqramı haqqında iştirakçılara məlumat verib.

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə düşərgənin təşkilində əməyi keçən bütün qurumlara və şəxslərə təşəkkürünü bildirib və düşərgə müddətində tələbə və şəhid-qazi övladları üçün yaradılan şəraitdən bəhs edib.

"Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin rəhbəri Sərxan Bağırlı isə çıxışında bu təşəbbüsün gənclərin və uşaqların inkişafına xidmət etdiyini qeyd edib. O vurğulayıb ki, bu, layihə çərçivəsində keçirilən V Yay düşərgəsidir.

Qeyd edək ki, Qubada BDU-nun Tədris-Təcrübə və İstirahət Mərkəzində 26-29 iyul tarixlərində təşkil olunan düşərgə çərçivəsində iştirakçılar üçün təlimlər, məlumatlandırıcı sessiyalar, mədəni tədbirlər və asudə vaxtın təşkili üçün əyləncəli oyunlar planlaşdırılıb.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026