BDU-nun həmtəşkilatçılığı ilə İstanbulda beynəlxalq seminar-təlimlər keçiriləcək

25/06/2023

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən 2023-cü il 31 iyul - 5 avqust tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində “Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium” təlimləri təşkil olunacaq. Bu seminar-təlimlər Bakı Dövlət Universitetinin (BDU) həmtəşkilatçılığı ilə keçiriləcək.

Tədbir İslam dünyası ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdırılması, yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Təlimlərdə iştirakçı gənclərə nəzəri və praktik biliklər veriləcək, onların elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətlərində bacarıqları tapşırıqların yerinə yetirilməsi ilə qiymətləndiriləcək.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026