BDU-nun həmtəşkilatçılığı ilə Özbəkistanda Avrasiyanın biomüxtəlifliyinin mühafizəsinə dair Beynəlxalq konfrans davam edir

17/05/2023

Bakı Dövlət Universiteti  (BDU), Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I Beynəlxalq konfrans davam edir.

Özbəkistanın Andijan Dövlət Universitetində keçirilən konfransın 5 bölməsində “Avrasiyada genetik biomüxtəlifliyin problemləri, həlli yolları”, “Biomonitorinq və su ekosistemlərinin mühafizəsi”, “Nadir bitki və heyvan növlərinin mühafizəsi və bərpası”, “Avrasiyada fotosintez edən orqanizmlərin müxtəlifliyinin qorunması”, “Avrasiyada göbələklər və onların simbiotik tərəfdaşlarının qorunması” mövzularında müzakirələr aparılıb, çıxışlar edilib.

BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov, Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova konfransda çıxışlarında Azərbaycanda ekoloji problemlər, davamlı inkişafın təmin edilməsi üçün hədəflər, biomonitorinq və bioindikatorlar, supramolekulyar nanoansamblların sintezi və tətbiqi barədə fikirlərini çatdırıb, öz elmi araşdırmalarının nəticələrini iştirakçılarla bölüşüblər.

Konfransa BDU, Azərbaycan Tibb Universiteti, Molekulyar Biologiya İnstitutu, Botanika İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və digər elmi-tədqiqat institutlarından ümumilikdə 45 konfrans materialı təqdim edilib və onlayn formada məruzələr olunub. Konfrans müddətində iştirakçı ölkələrin alimləri ilə birgə fəaliyyət məsələləri, müxtəlif layihələrin hazırlanması müzakirə edilib.

Konfrans öz işini bu gün yekunlaşdıracaq.

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026