BDU-nun həmtəşkilatçılığı ilə Özbəkistanda Avrasiyanın biomüxtəlifliyinin mühafizəsinə dair Beynəlxalq konfrans keçirilir

16/05/2023

Bakı Dövlət Universiteti  (BDU), Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I Beynəlxalq konfrans keçirilir.

Andijan Dövlət Universitetində keçirilən konfransda, Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan, Qırğızıstan və Rusiyadan alimlər iştirak edirlər.

BDU-nu konfransda Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov, Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova təmsil edirlər.

Konfransın əsas məqsədi Avrasiyada bioloji müxtəlifliyə dair müasir tədqiqatları bölüşmək, problemləri müzakirə etməkdir. Konfransda Avrasiyada bioloji müxtəlifliyin qorunmasına dair beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək də müzakirə olunacaq.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026