BDU-nun həmtəşkilatçılığı ilə Özbəkistanda Beynəlxalq elmi konfrans keçirilib

23/10/2025

Özbəkistan Nukus şəhərində yerləşən Qaraqalpaq Təbiət Elmləri Elmi-Tədqiqat İnstitutunda Bakı Dövlət Universiteti (BDU), Andijan Dövlət Universiteti (Özbəkistan) və Ege Universitetinin (Türkiyə) birgə təşkilatçılığı ilə “Avrasiyada biomüxtəlifliyin qorunması: müasir problemlər, həll yolları və perspektivlər” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib.

Avrasiyada, xüsusilə də türk dövlətləri arasında elmi əməkdaşlığı gücləndirmək, tədqiqat ənənələrini bərpa etmək və biomüxtəlifliyin qorunması istiqamətində yeni elmi yanaşmaların formalaşdırılmasına şərait yaratmaq məqsədilə keçirilən konfransda BDU-nun Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov plenar məruzə ilə çıxış edib.

Tədbirdə Özbəkistan, Türkiyə, Qırğızıstan və Qazaxıstandan olan elmi müəssisələrin nümayəndələri ilə görüşlər keçirilib, əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib.

Konfrans çərçivəsində həmçinin Avrasiyada biomüxtəlifliyin qorunması, flora və faunanın davamlı istifadəsi, ekosistemlərin bərpası, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, eləcə də ekoloji monitorinq və qiymətləndirmənin müasir metodlarının tətbiqi mövzularında geniş müzakirələr aparılıb.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026