BDU-nun Hüquq fakültəsi “Avropa İnsan Hüquqları Konvensiyası – 70” maarifləndirmə kampaniyasına başlayıb

04/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Avropa Şurasının Bakıdakı nümayəndəliyi ilə birgə “Avropa İnsan Hüquqları Konvensiyası – 70” maarifləndirmə kampaniyasına start verib.

Konvensiyanın qüvvəyə minməsinin 70-ci ildönümünə həsr edilmiş kampaniya tələbələrin insan hüquqları sahəsində fundamental sənədlərdən sayılan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarının və Avropa Məhkəməsinin presedent hüququnun dərindən öyrənilməsinə xidmət edir.

Maarifləndirmə kampaniyası Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə başlanan və tələbələrin böyük marağına səbəb olan "Tələbə tərəfindən tələbə üçün" layihəsi çərçivəsində həyata keçirilir.

Layihənin təlimçisi, Hüquq fakültəsinin III kurs (ingilis bölməsi) tələbəsi Səyad Ələkbərov "Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları" mövzusu üzrə fərqli kurslardan olan tələbələrə təlim keçib. İnteraktiv formada baş tutmuş təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Təlim Konvensiyanın mahiyyəti,  maddələrinin təfsiri, Konstitusiyamız ilə müqayisəli təhlili, Azərbaycan qanunvericiliyində olan yeri, Avropa Məhkəməsinin müxtəlif maddələr üzrə olan qərarlarının şərhi məsələlərini əhatə edib.

Qeyd edək ki, layihə çərçivəsində yuxarı kurs tələbələri aşağı kurs tələbələrinə əvvəlcədən müəyyən edilmiş və hazırlanmış mövzular üzrə təlimlər keçir. Layihənin əsas məqsədi təlimçinin tələbələri öyrətməyi yox, bildiklərini bölüşməyi və qarşılıqlı öyrənməsidir. Keçirilən təlimlər müddətində tələbələr özlərinin ictimai nitq, hüquqi araşdırma, təqdimat, arqumentləri düzgün müdafiə etmə kimi bacarıqlarını inkişaf etdirməklə yanaşı, həm də müəyyən edilmiş mövzu barəsində fundamental biliklər əldə edirlər.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
29/06/2026