BDU-nun Hüquq fakültəsində akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd olunub

01/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində dünya şöhrətli alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev akademik Zərifə xanım Əliyevanın hər kəsə nümunə ola biləcək həyat və fəaliyyəti, zəngin elmi irsi haqqında ətraflı məlumat verib.  Fakültə dekanı Zərifə xanım Əliyevanın təkcə insanlara nur bəxş etmiş həkim-oftalmoloq, vətənpərvər alim deyil, həmçinin Azərbaycan qadınının mücəssəməsi, sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər – Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Şəhla Səmədova, Cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, professor Əmir Əliyev, Əmək və ekologiya hüququ kafedrasının professoru Zahid Cəfərov akademik Zərifə xanım Əliyevanın mənalı həyat yolu və zəngin elmi irsindən ətraflı bəhs ediblər.

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
21/10/2026