BDU-nun Hüquq fakültəsində BQXK nümayəndələri ilə görüş

20/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüş keçirilib.

Hüquq fakültəsi ilə BQXK arasında əməkdaşlıq əlaqələri və birgə tədbirlərin həyata keçirilməsi, müəllimlərin və tələbələrin dəstəklənməsi məsələləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Həmçinin Komitənin Şərqi Avropa üzrə regional əlaqələndiricisi, beynəlxalq humanitar hüquq sahəsində tanınmış beynəlxalq ekspert Andrey Kozik tələbələr qarşısında “Beynəlxalq humanitar hüquq: müasir çağırışlar və çətinliklər” mövzusunda mühazirə ilə çıxış edib.

Mühazirədə müasir dövrdə baş verən silahlı münaqişələrdə beynəlxalq humanitar hüququn tətbiqində qarşıya çıxan problemlər, yeni texnologiyaların istifadəsindən danışılıb. Mühazirənin sonunda Andrey Kozik mövzu üzrə sualları cavablandırıb, tələbələrlə müzakirə aparıb. Tələbələr bu cür mühazirələrin onların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına mühüm töhfə olduğunu bildiriblər.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026