BDU-nun Hüquq fakültəsində Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovla görüş keçirilib

27/04/2021

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovla “Gənclər üçün imkanlar” mövzusunda onlayn görüş keçirilmişdir.

İştirakçıları salamlayan fakültənin dekanı Əmir Əliyev ölkəmizdə həyata keçirilən islahatların bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olduğunu qeyd edib. O, öz çıxışında bu uğurlarda ölkəmizin gənclərinə də pay düşdüyünü, vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə xidmət edən Gənclər Fondunun daim gənclərə dəstək olduğunu, onlar tərəfindən hazırlanmış layihələri uğurla həyata keçirdiyini vurğulayıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov öz növbəsində, Gənclər Fondunun fəaliyyəti çərçivəsində gənclər üçün yaradılan imkanlar, həyata keçirilən layihələr, təhsil xərclərinin maliyyələşdirilməsi, qrant müsabiqələri, beynəlxalq təşkilatların təcrübə proqramlarında və tədbirlərində iştirakın dəstəklənməsi kimi mövzular barəsində məlumat verib,  gənclərin çoxsaylı sualları cavablandırıb.

Görüşdə 350-dən çox gənc iştirak etmişdir.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026