BDU-nun Hüquq fakültəsində şəhidlərin xatirəsi anılıb

27/09/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü 30 ildən sonra tarixi zəfərimizlə bərpa olunub. Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunu 44 günlük Vətən müharibəsində könüllü iştirak edib, fakültənin məzunu Ceyhun Şalıyev isə şəhidlik zirvəsinə ucalıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını həmişə diqqət mərkəzində saxlayır.

Milli Məclisin deputatı, Hüquq fakültəsinin Dəniz və enerji hüququ mərkəzinin rəhbəri Bəhruz Məhərrəmov tələbələrə əldə olunmuş nailiyyətin təkcə hərb meydanında deyil, siyasətdə də qazanıldığını bildirib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın regionda ali hüquq dəyərlərinə, beynəlxalq hüququn prinsip və normalarına riayət edən dövlət kimi tanınmasına imkan yaratdığını xüsusilə vurğulayıb.

Sonra çıxış edən Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə, Mülki hüquq kafedrasının müdiri Şükür Yusifov Qarabağ zəfərinin bugünkü reallıqlarından, əhəmiyyətindən danışıblar.

Hüquq fakültəsinin Vətən müharibəsinin iştirakçıları olan məzunları Şamo İsmayılbəyli və Anar Namazov keçdikləri döyüş yolundan bəhs ediblər.

Xəbərlər

Azərbaycanda ilk “TələbəPlus” kartları BDU tələbələrinə təqdim edildi

Azərbaycanda ilk “TələbəPlus” kartları BDU tələbələrinə təqdim edildi
04/11/2024

BDU-da elmi seminar: “Dövlət qulluqçularının informasiya təminatında kitabxanaların rolu”

BDU-da elmi seminar: “Dövlət qulluqçularının informasiya təminatında kitabxanaların rolu”
04/11/2024

Bakı Zooloji Parkının direktoru BDU tələbələrinə praktiki dərs keçib

Bakı Zooloji Parkının direktoru BDU tələbələrinə praktiki dərs keçib
04/11/2024