BDU-nun Hüquq fakültəsində “Narkotik haqqında həqiqətləri öyrənək” mövzusunda Respublika elmi-praktiki seminarı keçirilib

07/07/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılğı ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il   22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə və 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar “Narkotik haqqında həqiqətləri öyrənək” mövzusunda Respublika elmi-praktiki seminarı keçirilib.

Hüquq fakültəsinin dekanı Əmir Əliyev mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əsas istiqamətlərdən biri də təhsil müəssisələrində yeniyetmə və gənclərin məlumatlandırılması üçün davamlı olaraq maarifləndirmə işlərinin aparılması, onların antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır. Ə.Əliyev qeyd edib ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir və bu il II Qarabağ müharibəsində qələbə sevincini bizə  bəxş edən Azərbaycan  Respublikasının müzəffər Silahlı Qüvvələrinin gününü xüsusi təntənə və ən əsası qürur hissi ilə Ali Baş Komandana, qəhraman şəhid və qazilərimizə minnətdarlıqla qeyd etdik. Əmir Əliyev vurğulayıb ki, hüquqşünaslar üçün 26 iyun tarixi “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” kimi də beynəlxalq aləmdə qeyd edilir və bugünkü vebinar xüsusi olaraq məhz bu günün ərəfəsində keçirilir.

Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova bildirib ki, artıq üçüncü dəfədir ki 2020/2021-ci tədris ilində BDU-da artıq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar elmi-praktiki seminar keçirilir. Hüquq fakültəsində magistratura səviyyəsinin transmilli cinayət hüququ ixtisaslaşmasında “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə” əsas fənlərdən biri olaraq tədris olunduğunu bildirib.

Daha sonra vebinarda Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev “Psixoaktiv maddə asılılığının yaranma səbəbləri və aradan qaldırılması yolları”, Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev “Azərbaycan gəncliyi narkotiklərə yox deyir”,  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Narkotiklərlə Mübarizə Baş idarəsinin əməkdaşı Nadir Məmmədov “Müasir dövrdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə polis orqanlarının rolu”,  BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının əməkdaşları Aynurə Musayeva  “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə cinayət-hüquqi mübarizənin istiqamətləri ” və Orxan Aslanov  “Latın Amerika ölkələrində narkomaniya və narkotizmlə mübarizə: Kolumbiya və Meksika təcrübəsi” mövzusunda çıxış ediblər.

Məruzəçilər Azərbaycan Respublikasının narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi tədbirlər və onların nəticələri, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, narkomanlığın ilkin profilaktikası, qüvvədə olan cinayət qanunvericiliyinin təkmilləşdirilməsi, xarici dövlətlərin qanunvericilik təcrübəsi və s. məsələlər haqqında danışıblar. Sonda Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Məleykə Bayramova vebinarın gənc hüquqşünaslarına müraciət edərək onları  antinarkoloji təbliğat və maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin aktiv iştirakçıları olmağa çağırıb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024