BDU-nun Hüquq fakültəsində professorun 80 illik yubileyi qeyd olunub

09/04/2019

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Firudin Səməndərovun anadan olmasının 80 illik yubileyi qeyd olunub.

Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev alimin elmi-pedaqoji fəaliyyətindən danışıb, Cinayət hüququ və kriminologiya elmi sahəsində, hüquqi dövlət quruculuğu prosesində göstərdiyi xidmətlərin əhəmiyyətindən, yüksək ixtisaslı kadr potensialının formalaşmasındakı rolundan bəhs edib vəyubilyara Fəxri Fərman təqdim edib.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev kollektiv adından yubilyarı təbrik edərək ona Fəxri Fərman və gül dəstəsi təqdim edib.

Tədbirdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov çıxış edərək alimin çoxşaxəli fəaliyyətindən bəhs edib.

Sonra yubilyarı Azərbaycan Respublikası Ədliyyə naziri Fikrət Məmmədovun adından Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradov çıxış edərək xatirə medalı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin adından məhkəmənin sektor müdiri İntiqam Eyvazov təbrik edərək Fəxri Fərman təqdim edib, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin təbrik məktubu oxunub.

Daha sonra Kriminalistika və məhkəmə ekspertizasi kafedrasının müdiri Kamil Səlimov, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev, tələbə yoldaşları adından isə İkram Kərimov yubilyarı təbrik edib.

Qeyd edək ki, 30-dan çox dərsliyin, dərs vəsaiti və monoqrafiyanın müəllifi olan professor Firudin Səməndərov, müxtəlif elmi nəşrlərdə 100-dən artıq elmi məqaləsi, respublika mətbuatında dövrümüzün aktual problemlərinə həsr edilmiş çoxsaylı məqalələri işıq üzü görüb.

Mətbuat və informasiya şöbəsi,  09 aprel 2019-cu il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Aprelin ortalarından sonunadək güclü Lirid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Aprelin ortalarından sonunadək güclü Lirid meteor yağışı müşahidə ediləcək”
02/04/2025

BDU Qazaxıstanın Almatı Humanitar-İqtisadiyyat Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Qazaxıstanın Almatı Humanitar-İqtisadiyyat Universiteti ilə anlaşma memorandumu imzalayıb
02/04/2025

BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
01/04/2025