BDU-nun Hüquq fakültəsində təlim keçirilib

27/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Səkinəxanım Rzayeva "Socialist Law Club" üzvü olan tələbələrə təlim keçib. "Amnistiya və əfvetmə aktları haqqında, onların hüquqi təbiəti, tətbiqolunma qaydaları və bu aktların cəzadan azadetmənin başqa növlərindən fərqli cəhətləri" mövzusunda keçirilən təlimdə mərhəmət və humanizm aktları sayılan və cinayət qanunvericiliyində cinayət məsuliyyətindən və cəzadan azadetmənin bir növü kimi təsbit edilmiş hər iki institut haqqında ətraflı və dolğun məlumat verilib.

Amnistiya və əfvetmə aktlarının qəbul edilməsi və tətbiqi qaydalarının qanunvericiliklə tənzimi məsələləri təhlil olunub, bu normalarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər diqqətə çatdırılıb.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026