BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

25/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin məzunları bu il də beynəlxalq uğurlarını davam etdiriblər. Fakültənin 12 məzunu dünyanın aparıcı universitetlərinin magistraturasında təhsil almaq hüququ qazanıb.

Onların sırasında Kembric Universiteti, Oksford Universiteti, Kaliforniya Universiteti, Sinqapur Milli Universiteti, London Universitet Kolleci, Hamburq Universiteti, Şeffild Universiteti, Siena Universiteti, Sidney Universiteti kimi ali təhsil ocaqları yer alır.

Tələbələrin qəbul olunduqları universitet və ixtisaslar onların yüksək akademik göstəricilərini, hüquq sahəsində peşəkar hazırlıq səviyyələrini nümayiş etdirir. Bu nailiyyətlər həm də BDU-da hüquq təhsilinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu və məzunların qlobal rəqabətə hazır olduğunu göstərir.

 

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026