BDU-nun Hüquq fakültəsinin 16 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

25/09/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin III-IV kurs tələbələri Səbinə Lətifli, Pəri Rzayeva, Şahin Məmmədov, Tarif Hüseynov, Nigar Quliyeva, Şahin Bayramlı, Könül Məmmədova, Arifə Sadıxova, Əli Mirzəyev, Səfər Əlizadə, Riyad Musayev, Ülviyyə Zeynallı, Elmira Sadıqzadə, Fəzilə Əliyeva, Gülüstan İsayeva, Vüsal Yavərli "PAŞA Holding” tərəfindən təşkil edilmiş "Əlaçı" təqaüd proqramının qalibi olublar.

Onlar üç pilləli seçim mərhələsini uğurla başa vuraraq 2137 nəfər müraciətçi arasından seçiliblər. 2023-2024-cü illəri əhatə edəcək təqaüd proqramı çərçivəsində tələbələr şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, şəbəkələşmə fəaliyyətlərinə cəlb olunacaqlar.

Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026