BDU-nun Hüquq fakültəsinin bəzi dərsləri Əqli Mülkiyyət Agentliyində keçirilir

25/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Əqli mülkiyyət hüququ” ixtisası üzrə yeni magistr proqramında təhsil alan magistrantların bəzi dərslərinin Əqli Mülkiyyət Agentliyində keçirilməsinə başlanılıb.

Dərslər Agentliyin maddi-texniki bazasından istifadə etməklə standartlara uyğun formada təşkil edilir. Proqram çərçivəsində Agentlikdə "Əmtəə nişanlarının qorunması: beynəlxalq mexanizmlər və əmtəə nişanlarının qeydiyyatı üçün imperativ meyarlar" mövzusunda ilk dərs keçirilib.

Hüquq fakültəsinin müəllimi Aydan Məmmədova tərəfindən magistrantlara əmtəə nişanlarına dair əsas anlayışlar, əmtəə nişanlarının qorunması sahəsində mövcud olan regional və beynəlxalq hüquqi mexanizmlər, həmçinin Avropa İttifaqı Məhkəməsinin bir sıra qərarları barədə məlumat verilib.

Dərsdə magistrant  Nəzrin Əliyeva “Əmtəə nişanlarının iqtisadi inkişafda rolu” mövzusunda ingilis dilində təqdimatla çıxış edib. İnteraktiv diskussiyalarla keçirilən dərs hüquqi kazusların müzakirəsi ilə yekunlaşıb.

Daha sonra magistrantlar Agentliyin strukturu, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin müvafiq şöbəsinin iş fəaliyyəti ilə yaxından tanış olub, onları maraqlandıran sualları bu sahədə geniş təcrübəyə malik mütəxəssislərlə müzakirə ediblər.

Fransanın Lyon-2 Universiteti ilə Hüquq fakültəsi arasında magistratura səviyyəsində ikili diplom proqramına əsasən “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə tədris olunan bu dərsin Əqli Mülkiyyət Agentliyində keçirilməsi magistrantlara yeni bilik və bacarıqlar əldə etmək imkanı yaradıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026