BDU-nun Hüquq fakültəsinin müəllimi Makedoniya və Serbiyada səfərdə olub

13/12/2018

Bakı Dövlət Universistetinin Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa kafedrasının dosent əvəzi, h.ü.f.d. Samirə Eyvazova “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti”nin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” adlı Regional Hüquq Proqramının dəstəyi ilə Cənub-Şərqi Avropa Hüquq Məktəbləri Şəbəkəsi (SEELS) ilə tanışılıq səfərində olub.

Səfər zamanı BDU-nun Hüquq fakültəsinin SEELS şəbəkəsinə üzv olması , müəllim-tələbə mübadiləsi, birgə yay məktəblərinin təşkili, Cənubi Qafqaz və ya Şərq Tərəfdaşlığı dövlətlərinin hüquq məktəblərinin oxşar şəbəkəsinin yaradılması ideyası da müzakirə olunub.

Qeyd edək ki, Cənub Şərqi Avropa Hüquq Məktəbləri Şəbəkəsi bölgədə 12 fərqli hüquq fakültəsini (11 daimi və 1 assosiativ üzv) bir araya gətirən ilk akademik şəbəkədir. SEELS, bölgədə hüquq fakültələri arasında əməkdaşlığın yaxşılaşdırılmasına və bununla da onların elmi, tədris və inzibati imkanlarını artırmaq məqsədi ilə yaradılıb. Proqram, xüsusilə tədrisin inkişafı, institusional əməkdaşlıq və regional səviyyədə inteqrasiya olunmuş təhsil proqramları ilə əlaqədar planlaşdırılan üç əsaslı yanaşma ilə hüquq təhsili, tədqiqat və nəşriyyat sahəsində beynəlxalq rəqabət qabiliyyətini və yüksək səviyyəli fəaliyyəti artırmağa həsr olunur (təhsil, tədqiqat və nəşriyyat). Bu mənada SEELS Hüquq Fakültələrinin strateji inkişafını dəstəkləyir və tələbə, akademik personal, hüquqi peşə adlandırılan hədəf qruplarına yönəlib.

Mətbuat və informasiya şöbəsi, 13 dekabr 2018-ci il.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026