BDU-nun Hüquq fakültəsinin müəllimləri 29-cu Ümumdünya Tibb Hüququ Konqresində iştirak ediblər

12/08/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin müəllimləri 5–8 avqust 2025-ci il tarixlərində İstanbulda Ümumdünya Tibb Hüququ Assosiasiyası tərəfindən keçirilmiş 29-cu Ümumdünya Tibb Hüququ Konqresində (World Congress on Medical Law – WAML) iştirak ediblər.

Konqresin əsas mövzusu “XXI əsrdə həssaslıq: hörmət və qoruma” olub. Bu mövzu çərçivəsində “Həssas qrupların hüquqları”, “Gender bərabərliyi və diskriminasiyanın hüquqi aspektləri”, “Pasiyent hüquqları – səhiyyə sistemində risklərin azaldılması və hüquqi tənzimləmə”, “Tibb və hüquqda insan hüquqları – bioetika, tibbi müdaxilələr və hüquqi çərçivələr” üzrə sahələrə diqqət yetirilib. Ümumilikdə Konqres tibb hüququ sahəsində qlobal çağırışların və etik dilemmanın müzakirə olunduğu mühüm platforma olub. Konqresin nəticələri WAML-ın akademik jurnalı olan “Medicine and Law” jurnalının 2025-ci il sentyabr buraxılışında dərc olunacaq.

Konqresin işində Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, təşkilatın üzvü Anara Hacıbəyli, Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi Hikmət Babayev fəal iştirak ediblər. Tibb hüququ sahəsində tanınmış beynəlxalq ekspert, professor Vüqar Məmmədovun və Hüquq fakültəsinin müəllimlərinin konqresdəki çıxışları ölkəmizin tibb hüququ sahəsində elmi və etik düşüncəyə verdiyi töhfəni nümayiş etdirib.

 

Xəbərlər

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir
27/07/2026

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir
27/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026