BDU-nun Hüquq fakültəsinin tələbələri beynəlxalq məhkəmə müsabiqəsində iştirak ediblər

11/03/2026

Bakı Dövlət Universitetinin(BDU) Hüquq fakültəsinin IV kurs tələbələri – Kamil Abdullazadə, Nəzrin Sadıqova, Fatimə Məmmədova və Fazil Vəlizadə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “Helga Pedersen Moot Court Competition” beynəlxalq məhkəmə müsabiqəsində iştirak ediblər.

Müxtəlif ölkələrdən Hüquq fakültələri tələbələrini bir araya gətirən müsabiqə insan hüquqları sahəsində Avropanın ən nüfuzlu tələbə məhkəmə simulyasiya yarışlarından biri hesab olunur.

Tədbir çərçivəsində iştirakçılar üçün akademik proqram və rəsmi açılış mərasimi keçirilib. Akademik proqram zamanı tələbələr insan hüquqlarının aktual məsələlərinə həsr olunmuş müzakirələrdə və ekspert çıxışlarında iştirak ediblər.

Müsabiqənin əsas mərhələlərində – şifahi çıxışlarda (oral pleadings) komandalar insan hüquqları ilə bağlı hipotetik məhkəmə işi üzrə tərəflərin mövqelərini müdafiə edərək hüquqi arqumentlərini təqdim ediblər.

BDU-nun Hüquq fakültəsinin komandası çıxışlarını Afina Apelyasiya Məhkəməsində keçirib və beynəlxalq münsiflər heyəti qarşısında öz hüquqi mövqelərini müdafiə ediblər.

Müsabiqədə iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026