BDU-nun Hüquq fakültəsinin tələbələri üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində təlim

22/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş təlim keçirilib.

Təlimin əvvəlində iştirakçılara 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, bununla bağlı həyata keçirilən tədbirlərin hüquqi və ictimai əhəmiyyəti, Hüquq fakültəsi tələbələrinin bu prosesdə fəal iştirakı barədə ətraflı məlumat təqdim olunub.

Sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Məhərrəm Əzizbəyov “Süni intellekt texnologiyalarının prokurorluq orqanlarında tətbiq istiqamətləri” mövzusunda təqdimat edib. O, hüquq-mühafizə orqanlarında süni intellektin tətbiq sahələri, istintaq prosesində bu texnologiyaların istifadə perspektivləri və effektivliyin artırılmasındakı rolu barədə iştirakçılara geniş məlumat verib.

Təqdimat praktiki nümunələrlə izah olunub, real kazuslar əsasında təhlillər aparılıb və tələbələrlə interaktiv müzakirələr keçirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026