BDU-nun hüquq klinikası aztəminatlı vətəndaşlara pulsuz hüquqi yardım göstərir

01/05/2012

Bakı Dövlət Universitetinin hüquq fakültəsində fəaliyyət göstərən Hüqüq klinikasında fakültənin 3-4-cü kurs tələbələri vəkillərin və müəllimlərin nəzarəti altında əhalinin aztəminatlı vətəndaşlarına - təqaüdçülərə, əlillərə, qaçqın və məcburi köçkünlərə, təhsil alan gənclərə məsləhət formasında pulsuz hüquqi yardım göstərirlər. Vəkillərin və müəllimlərin nəzarəti altında BDU-nun tələbələri hüquqi xarakterli sənədləri lazımi qaydada tərtib etməyi, dövlət orqanlarında və başqa təşkilatlarda vətəndaşların maraqlarının müdafiəsi üçün atılacaq addımları izah edəcəklər. Klinikaya müraciət etmək istəyən vətəndaşlar zəng edərək işin mahiyyəti barədə qısa məlumat verməli, məsləhət üçün Klinikaya gələcəkləri gün və vaxtı razılaşdırmalıdır.

Vətəndaşlar hər gün (Şənbə və bazar günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək 510 00 52 nömrəli telefonla Klinikaya zəng edə bilərlər.

Ünvan:Bakı, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universitetinin 1№li tədris korpusu, birinci mərtəbə, otaq ِِ№ 7.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 01 may 2012-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026