BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

05/07/2019

Zahir Babayev Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bakalavr pilləsini müvəffəqiyyətlə bitirərək ilk alim-tələbə kimi məzun olub. Onun 33 yaşında, alimlik dərəcəsindən sonra yenidən bakalavr təhsili almaq üçün Bakı Dövlət Universitetini seçməsi heç də təsadüfi deyil. Zahir Babayev bunu insanı öz üzərində işləməyə vadar etməsi ilə izah edir. Bildirir ki, ümummilli lider Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetində təhsil almaq ayrıca bir xoşbəxtlikdir.
Onun təhsil alıb tədqiqat apardığı elm və təhsil qurumları arasında Bakı Dövlət Universitetindən əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və s. təşkilatlar yer alır.
2006-2019-cu illərdə bir neçə beynəlxalq elmi simpoziumda və forumda iştirak edən Z.Babayevin elmi məqalələri yerli və xarici nəşrlərdə, eləcə də Moskva, Ukrayna və Gürcüstanın Hüquq akademiyalarında, NATO-nun nəşr etdirdiyi “Diplomatiya və Hüquq” jurnalında və digər nüfuzlu elmi toplularda nəşr olunub.

Mətbuat və informasiya şöbəsi, 05 iyul 2019-cu il.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026