BDU-nun ictimai həyatında fəal iştirak edən könüllülər təltif olunublar

04/07/2024

Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetin ictimai həyatında fəal iştirak edən könüllülərlə görüşüb.

Əliş Ağamirzəyev ölkəmizdə könüllülük hərəkatının ictimai həyatın müxtəlif sahələrində ölkə gənclərinin əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdiyini deyib. Bakı Dövlət Universitetinin  ictimai həyatının aparıcı qüvvəsi olan “BDU könüllüləri” təşkilatı da  yarandığı gündən ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, sosial layihələrdə, humanitar aksiyalarda fəal iştirak edib, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verib. Təşkilatın üzvləri Universitetin sosial-ictimai həyatında, həmçinin tədrisin təşkili prosesində yaxından iştirak edirlər. Prorektor BDU-nun struktur bölmələrində və fakültələrində çalışan könüllü tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gəncləri yeni təşəbbüslər irəli sürməyə çağırıb.
Daha sonra Əliş Ağamirzəyev BDU könüllülərinin suallarını cavablandırıb.

Görüşün sonunda BDU-nun ictimai həyatında, Məzun Gününün, 2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasının təşkilində fərqlənən fəal gənclər təltif ediliblər.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026