BDU-nun I-III kurs tələbələri üçün "Karyera yolu-2" layihəsinə start verilib

27/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə I-III kurs tələbələri üçün "Karyera yolu-2" layihəsinə start verilib.

Layihə tələbələrin fərdi inkişafını, məqsədyönlü planlaşdırmanı və əmək bazarına uyğun bacarıqların formalaşdırılmasını hədəfləyir.

Mərkəzin Məzunlarla iş şöbəsinin məsləhətçisi Mələkxanım Qurbanova bildirib ki, layihə iştirakçıları öz güclü və zəif tərəflərini müəyyənləşdirəcək, əmək bazarının tələbləri ilə tanış olacaq, peşəkar CV, istək məktubu və “LinkedIn” profili hazırlamağı, iş müsahibəsinə hazırlaşmağı öyrənəcəklər.

Layihə çərçivəsində altı karyera planlaması təlimi, “workshop”lar, praktiki tapşırıqlar və fərdi konsultasiyalar keçiriləcək. Eyni zamanda, SMART yanaşması ilə karyera planlaşdırılması mövzusu da əhatə olunacaq.

Tədbirdə uzunmüddətli karyera istiqamətlərinin müəyyənləşdirilməsi, karyera planlaşdırılmasının mərhələləri, şəxsi və peşəkar məqsədlərin formalaşdırılması, eləcə də karyera yol xəritəsinin hazırlanması kimi mövzular müzakirə edilib.

 

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2026

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026