BDU-nun iki komandası “TEKNOFEST-2024”ün finalında!

15/08/2024

Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət iki komandasının layihəsi “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanıb.
BDU-nun “BSU Creativity Workz” komandasının “Irrigo” layihəsi “Aqrar texnologiyalar” kateqoriyasında finala çıxıb. Əşyaların interneti (IoT) texnologiyasına əsaslanan bu sistem sayəsində əkin sahələrinin, tarlaların və istixanaların uzaqdan monitorinqi həyata keçirilə bilər. Sahəyə aid 20-dən artıq parametri (torpaq nəmliyi, UV miqdarı, istilik, torpaqda duzlaşma miqdarı, Ph dəyəri, CO2 səviyyəsi, gübrə miqdarı və s.) mobil tətbiq vasitəsilə canlı olaraq monitorinq etmək mümkün olacaq. Sahibkarlar eyni zamanda bu sistem vasitəsilə yuxarıda qeyd edilən parametrləri uzaqdan idarə edə biləcəklər. Nəticədə aqrar sahədə insan əməyinin və maddi qaynaqların istifadəsi minimuma endiriləcək.

 

Bu layihə eyni zamanda kənd təsərrüfatı sahələrini kamera nəzarətində saxlamaq, səmərəlilik və davamlılıq, ətraf mühitin təsirlərindən qorunmaq, pul və vaxta qənaət, kənd təsərrüfatında insan əməyinin azaldılması kimi məqsədləri daşıyan multidissiplinar məhsul kimi hazırlanıb. Sistem daxilində zərəvericiləri ərazidən və məhsuldan uzaqlaşdıran xüsusi səs sisteminə də yer veriləcək.

 

Əlavə olaraq layihə çərçivəsində sintezlənən Super Absorbent Polimer (SAP) hidrogellər sayəsində parklarda, magistral yol kənarı yaşıllıq ərazilərdə suvarma sisteminə ehtiyac olmadan torpağın nəmlik dərəcəsini tarazlıqda saxlaya bilən sistem yaradılıb.

 

BDU-nun “TEKNOFEST-2024”ün finalına vəsiqə qazanan “ESST-6” komandasının “E-tarım sulama” layihəsinin isə əsas məqsədi kiçik maliyyəli və yüksək keyfiyyətə malik ağıllı suvarma texnologiyasının yaradılması və onun praktiki fəaliyyətinin araşdırılmasıdır. Belə ağıllı suvarma sistemləri bitkiləri ehtiyacları olduğu qədər su ilə təmin edərək, su israfını maksimum səviyyədə azaldır və su sərfiyyatını effektiv şəkildə idarə edir. Layihə çərçivəsində hazırlanması nəzərdə tutulan ağıllı damcı sulama sistemi suvarma proseslərini daha effektiv və sürətli hala gətirərək, kənd təsərrüfatı sahəsində çalışan insanlara daha yüksək məhsuldarlıq əldə etmək imkanı yaradır.

 

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025