BDU-nun iki tələbəsi Koreyada təcrübə keçəcək

25/12/2018

Bakı Dövlət Universitetinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında qrant müsabiqəsi ilə bağlı iclas keçirilib. İclasda BDU rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli, həmin kafedranın koreya dili müəllimi, Koreya Fondunun Koreya dili mütəxəssisi Yang Jeongmin və Şərqşünaslıq fakültəsinin Koreyaşünaslıq ixtisasının tələbələri iştirak ediblər.

İclasda Koreya Respublikasının SKK Universitetinin Koreya Araşdırmaları Laboratoriyası Mübadilə Proqramının (KSLEP) İcraiyyə Komitəsindən daxil olan qrant məktubu müzakirə edilib. Həmin məktuba əsasən, Koreya Respublikasının SKK Universitetində iki tələbənin iki həftəlik təcrübə keçməsi ilə bağlı namizədliyi məsələsi müzakirə edilib. Şərtlərdə namizədin TOPİC üzrə 3-cü səviyyəsi, Koreya dili üzrə müsabiqələrdə müvəffəq nəticə və dərs deyən müəllimin vəsatəti tələb olunub. Müzakirə nəticəsində Şərqşünaslıq fakültəsinin Koreyaşünaslıq ixtisasının IV kurs tələbəsi Aynurə Allahyarova və III kurs tələbəsi Ayişən Məcidlinin layihədə iştirakı barədə qərar qəbul olunub.


Mətbuat və informasiya şöbəsi, 25 dekabr 2018-ci il.

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026