BDU-nun inzibati heyətinin və tələbələrinin bir qrupu Şuşada

06/07/2022

Bakı Dövlət Universitetinin (BDU) inzibati heyətinin və tələbələrinin bir qrupu Şuşaya səfər edib.

Səfərin əsas məqsədi “Şuşa ili” çərçivəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi Şuşanı ziyarət etmək, şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, hazırda icrasına başlanılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.

BDU-nun əməkdaş və tələbələri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Qala divarlarını, Yuxarı Gövhər Ağa məscidini, Üzeyir Hacıbəyli bağını, Vaqif məqbərəsini, Bülbülün ev muzeyini, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrini, Cıdır düzünü ziyarət ediblər.

Səfər iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad edib, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı arzulayıblar.

BDU əməkdaşlarının Şuşaya səfərləri davam edəcək.


Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026