BDU-nun jurnalı EBSCO beynəlxalq məlumat bazasına daxil edilib

18/02/2025

Bakı Dövlət Universitetinin təsis etdiyi “Acta Botanica Caucasica” jurnalı Elmi Kitabxananın təşəbbüsü və koordinasiyası ilə EBSCO beynəlxalq elmi məlumat bazasına daxil edilib. EBSCO dünyanın ən böyük akademik resurs təminatçılarından, elmi mənbələrin beynəlxalq səviyyədə yayılmasını və tədqiqatçılar üçün əlçatanlığını təmin edən əsas platformalardan biridir.

Jurnalın AGRIS, “Google Scholar”, “ResearchGate” kimi nüfuzlu elmi məlumat bazaları ilə yanaşı, EBSCO bazasına da daxil edilməsi onun elmi nüfuzunu daha da artırır, dərc olunan məqalələrin qlobal elmi auditoriyaya əlçatanlığını təmin etməklə istinad göstəricilərinin yüksəlməsinə, maksimum geniş istifadə edilməsinə şərait yaradır.

“Acta Botanica Caucasica” jurnalı həmçinin “Index Copernicus International” (ICI Journals Master List) bazasında indekslənmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmlər sahəsi üzrə tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edilib. Jurnalda dərc edilən bütün məqalələr “Digital Object Identifier” (DOI) sistemi vasitəsilə unikal rəqəmsal identifikatorla təmin olunur ki, bu da onların elmi dövriyyədə izlənməsi və istinad edilə bilməsini asanlaşdırır.

Xəbərlər

BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir

BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir
03/02/2026

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
03/02/2026

BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş
03/02/2026