BDU-nun Jurnalistika fakültəsində amerikalı professor mühazirə oxuyub

18/05/2018

ABŞ-ın Virciniya Birlik Universitetinin professoru, Data Jurnalistikası üzrə mütəxəssis Jeff South Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ingilis dili qruplarının tələbələrinə mühazirə oxuyub. BDU-da olmasından məmnunluğunu ifadə edən professor Jeff South müəllimlik fəaliyyətinə başlamazdan əvvəlki illərdə Texas, Arizona, Virciniya ştatlarında müxbir və redaktor kimi fəaliyyətindən, Virciniya Birlik Universitetinin Media və Mədəniyyət məktəbində tələbələrlə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib. Sonra professor J.South Data Jurnalistikası, o cümlədən xəbərin hazırlanması üçün lazım olan məlumatların toplanılması, işlənilməsi, təhlil edilməsi və onların vizual təqdim edilməsi ilə bağlı çıxış edib, faydalı alətlər və mənbələr barədə ətraflı məlumat verib.

Amerikalı professor tələbələrin mühazirə ətrafında çoxsaylı suallarını cavablandırdıqdan sonra Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında hazırlanan verilişlərlə tanış olub. Qonaq  universitetdən xoş təəssüratlarla ayrılıb.

Qeyd edək ki, görüşdə Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev, dekan müavinləri və fakültənin müəllimləri də iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 18 may 2018-ci il.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026