BDU-nun Jurnalistika fakültəsində AzTV-nin baş redaktorunun müavini ilə görüş

06/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş redaktorunun müavini Ruslan Həsənovla görüş keçirilib.

Ruslan Həsənov "Müasir televiziya jurnalistlərindən tələb olunan bacarıqlar", "Xəbər süjetləri hazırlanarkən hansı nüanslara diqqət yetirmək lazımdır?", "Ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyası" mövzularında danışıb. Bildirib ki, müasir Azərbaycan teleməkanında ənənəvilik və müasirlik vəhdət təşkil edir, jurnalistlər bu balansı qorumağı bacarmalı, özlərini hərtərəfli inkişaf etdirməlidirlər. Jurnalistikanın əsasında duran məqamlardan biri də dəqiqlikdir. Jurnalistin işinə olan məsuliyyəti eyni zamanda onun təqdim etdiyi materialın dəqiqliyi ilə ölçülür.

İnteraktiv müzakirə formatında keçirilən görüşün sonunda Ruslan Həsənov tələbələri maraqlandıran sualları cavablandırıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026