BDU-nun Jurnalistika fakültəsində millət vəkili Bəhruz Məhərrəmovla görüş

28/04/2023

BDU-nun Jurnalistika fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Milli Məclisin deputatı Bəhruz Məhərrəmovla görüş keçirilib.
Açılış nitqi ilə çıxış edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bu cür tədbirlərin Ümummilli Liderin irsinin öyrənilməsində və gələcək nəsillərə Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının çatdırılmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, müstəqil Azərbaycan tarixində istiqlala gedən yoldan müstəqilliyin əldə olunmasına, suverenliyin qorunmasına qədər bütün proseslərin təməlində məhz Heydər Əliyev böyüklüyü dayanır. Bu mənada onun şəxsiyyətinə istinad və dahi liderin irsinin yaşadılması, bu çərçivədə 2023-cü ilin "Heydər Əliyev İli" kimi qeyd olunması ümummilli məsələdir. Çünki milli ideologiyamızın, azərbaycançılıq məfkurəsinin kökündə məhz Heydər Əliyev şəxsiyyəti dayanır. Günümüzdə də qüdrətli Azərbaycanın gücünün və imkanlarının qarantı istisnasız olaraq məhz dahi liderin siyasi kursudur.
Millət vəkili həmçinin Ulu Öndərin Azərbaycanda mətbuatın inkişafı sahəsində xidmətlərini xatırladıb və onun jurnalistlərin ən böyük dostu olduğunu vurğulayıb.
Görüş tələbələrin çoxsaylı sualları ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır
16/07/2026

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026