BDU-nun Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır

06/07/2026

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində magistratura səviyyəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

“Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması hər gün yenilənən rəqəmsal media mühitində peşəkar jurnalist fəaliyyətinin nəzəri və praktik əsaslarını öyrədir. Bu ixtisaslaşma magistrlərə konvergen xəbər istehsalı, multimedia məzmununun hazırlanması və sosial media platformalarında effektiv kommunikasiya bacarıqları qazandırır.

Tədris prosesində Konvergen jurnalistika, Media menecmenti, İnformasiya texnologiyaları, Media hüququ və etikası kimi fənlərə xüsusi diqqət yetiriləcək. Bu ixtisaslaşmada təhsil alan tələbələr müasir media alətlərindən istifadə etməklə məlumatı toplama, emaletmə və təqdimetmə bacarıqlarını inkişaf etdirəcəklər.

“Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması üzrə məzunlar onlayn media qurumları, xəbər portalları, televiziya və radiolar, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərə biləcəklər.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026