BDU-nun Jurnalistika fakültəsində qazi jurnalistlərlə görüş keçirilib

23/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Vətən müharibəsi iştirakçıları, fakültənin məzunları- qazi jurnalistlər Rəşad Baxşəliyev və Rasim Bayramovla görüş təşkil olunub.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşü Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev açaraq qonaqların həyat və fəaliyyətləri barədə məlumat verib. O, Rəşad Baxşəliyev və Rasim Bayramovun “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyini diqqətə çatdırıb. Dekan belə görüşlərin tələbələrdə vətənpərvərlik duyğularının möhkəmləndirilməsi və peşəkar formalaşmalarına töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu çıxışında qeyd edib ki, Zəfər Günü yalnız qələbənin simvolu deyil, həm də Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin tam bərpası yolunda mühüm mərhələdir.

Qazi jurnalistlər çıxışlarında Vətən müharibəsi dövründə yaşadıqları xatirələrdən, cəbhə bölgəsində qarşılaşdıqları hadisələrdən, döyüş yoldaşlarının göstərdiyi igidlik və qəhrəmanlıqlardan danışıblar.

Görüş tələbələrlə səmimi müzakirə şəraitində davam edib, iştirakçıların çoxsaylı sualları qazi jurnalistlər tərəfindən cavablandırılıb.

 

 

 

 

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026