BDU-nun Jurnalistika fakültəsində Rafiq Həşimov ilə görüş keçirilib

09/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə aparıcı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti, Yazıçılar Birliyinin üzvü, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV)  sədr müavini Rafiq Həşimov arasında onlayn görüş keçirilib. Multimedia və elektron kommunikasiya kafedrasının baş müəllimi Əli Hacıyev görüşün əhəmiyyətindən danışıb, qonaq haqqında tələbələrə ətraflı məlumat verib. Rafiq Həşimov öz növbəsində tədbirdə iştirakından şad olduğunu, tələbə-gənclərlə ünsiyyətdən məmnunluğunu diqqətə çatdırıb. Qonaq Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) inkişaf mərhələsindən, dünənindən və bugünündən söhbət açıb.  Eyni zamanda tələbələrlə öz təcrübəsini bölüşüb, teleaparıcının iş özəlliklərindən danışıb, jurnalistin nitq mədəniyyəti, müasir media dünyası, informasiya siyasəti, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məslələrdən bəhs edib, tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026