BDU-nun Jurnalistika fakültəsində "Zəfərin carçıları" esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

06/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən "Zəfərin carçıları" esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırma mərasimində çıxış edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev xalqımızın tarixi Zəfərindən yazmağın, həmin hissləri ifadə etməyin məsuliyyətli və təsirli olduğunu bildirib. Qeyd edib ki, bütün dünyanı lərzəyə gətirən tarixi qələbəmizi sözlərlə ifadə etmək ölkə jurnalistikasının müqəddəs vəzifəsinə çevrilib. Vüqar Əliyev bu vəzifənin öhdəsindən uğurla gələn tələbə-jurnalistləri təbrik edib və onlara uğurlar arzulayıb.

Jurnalistika fakültəsinin dekan müavinləri Sevinc Əliyeva və Samir Mirzəyev şanlı Zəfərin memarlarının tanıdılmasının önəmini vurğulayıblar. Onlar qeyd ediblər ki, gələcək jurnalistlər daim öz qələmləri ilə müstəqil, bütöv və qalib Azərbaycanın dəyərlərini qorumalı, onlara sadiq olmalı və hörmətlə yanaşmalıdırlar.

Müsabiqənin əsas məqsədi tələbə-gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasına töhfə vermək, yazı və fikri ifadə bacarıqlarını inkişaf etdirməkdir.

Sonra esse müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə təltif ediliblər. Qalib yazıların mediada dərc olunması təmin ediləcək.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026