BDU-nun Jurnalistika fakültəsinin dekanı Beynəlxalq Türk Akademiyasının tədbirində çıxış edib

22/11/2021

Noyabrın 19-da Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü və 1 dekabr - Birinci Prezident günü bayramları çərçivəsində  dövlət və elm xadimlərinin iştirakı ilə "Elbaşı" - Türk inteqrasiyasının memarı" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyi ilə birlikdə təşkil edilən onlayn konfransda Türk Akademiyasının başqanı Darkan Kydyrali, informasiya ve sosial inkişaf nazirinin müavini Askar Omarov, Hoca Ahmet Yesevi Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova, Nursultan Nazarbayev Vəqfi baş direktorunun müavini Alkey Margulanulı, Bozox Universiteti İdarəetmə ve iqtisadi elmlər fakültəsinin dekanı Kürşad Zorlu, Qazaxıstan, Azərbaycan, Türkiyə, Tatarıstan (Rusiya), Başqırdıstan (Rusiya), Qırğızıstan, Özbəkistan ve Monqolustandan tanınmış elm xadimləri çıxış ediblər.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev konfransın plenar iclasında "Vahid Türk İnformasiya Məkanının formalaşdırılması və mövcud təhdidlər" mövzusunda təqdimatla çıxış edib. Çıxışda Türk cümhuriyyətləri üçün vahid informasiya məkanının formalaşmasının vacibliyi vurğulanıb. Bununla bağlı hansı addımların atılmasının vacib oldiğu ilə bağlı təkliflər irəli sürülüb. Qeyd edilib ki, vahid informasiya məkanının yaradılması kənar müdaxilələrin və yanlış informasiyaların qarşısının alınmasında ciddi və əhəmiyyətli rol oynayacaq.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026