BDU-nun Jurnalistika fakültəsinin gənc tədqiqatçıları respublika elmi-praktik konfransında iştirak ediblər

25/04/2018

Azərbaycan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I respublika elmi-praktik konfransı keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Səadət Əliyeva açaraq, onun işinə uğurlar arzulayıb. Plenar iclasda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, professor Qorxmaz Quliyev, dosent Boran Əziz, professor Qabil Əliyev məruzə ilə çıxış ediblər. Jurnalistika fakültəsinin doktorantı Nərminə Əsədova, magistrantları Nurlan Salamov və Elgün Nağıyev bölmə iclaslarında məruzə ilə çıxış edib, konfransın təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 25 aprel 2018-ci il

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026