BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli vəfat edib

07/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professoru, əməkdar jurnalist Nəsir Əhmədli uzun sürən ağır xəstəlikdən sonra iyunun 7-də dünyasını dəyişib.

Nəsir Əhmədli 1 iyul 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib.

1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

2016-cı il Mirzə Cəlil Media Mükafatına layiq görülüb. Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb.

2004-cü ildən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında işləyib.

100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin, 10 kitabın müəllifidir.

10-a yaxın elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 1 elmlər namizədinin rəsmi opponenti olub.

Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qayda aşkarlayıb.

"Jurnalistin nitq mədəniyyəti” kitabına görə "Media açarı-2006” mükafatına, 3-cü dərəcəli "Əmək ordeni"nə, Ali Media Mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası və Süni İntellekt məktəbləri ilə tanış olub

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası və Süni İntellekt məktəbləri ilə tanış olub
16/12/2025

BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib

BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib
16/12/2025