BDU-nun Jurnalistika fakültəsinin tələbələri kibertəhlükəsizlik üsulları barədə məlumatlandırılıblar

16/05/2023

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin qonağı olub.

O, tələbələrə "Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri" mövzusunda təqdimat-mühazirə deyib. Professor bildirib ki, kibercinayət müasir dövrdə informasiya anlayışına bitişik formada yayılır: “Bu gün artıq informasiya kibervirusa bulaşıb, insanların, xalqların və dövlətlərin taleyi baytlarda gizlənən kiberviruslardakı pozucu fəaliyyətdən asılı duruma düşüb”.

Azərbaycan kiberməkanının sərhədlərini gələcək jurnalistlərə izah edən qonaq proaktiv təhsilin önəmini xüsusi vurğulayıb.

İnteraktiv keçən görüş tələbələrdə bu sahəyə maraq oyadıb.

 

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026