BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün natiqlik bacarıqlarına dair təlim

20/12/2024

Rejissor, aktyor, teleaparıcı və beynəlxalq TOT təlimçisi Səyavuş Hüseynli Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə Jurnalistika fakültəsinin tələbələrinə “Natiqlik bacarıqları” mövzusunda təlim keçib.

Təlim zamanı tələbələrə natiqlik sənəti, natiqlik bacarıqları haqqında məlumat verilib. Qeyd edilib ki, natiqlik bacarıqları bir insanın düşüncələrini, fikirlərini və ya hisslərini səlis, inandırıcı və təsirli şəkildə auditoriyaya çatdırmaq qabiliyyətini əhatə edir. Effektiv natiqlik üçün ünsiyyət, dinləyici auditoriyanı anlamaq, səlis və təsirli danışıq, bədən dili və jestlər, inandırıcılıq və təsir, hazırlıq və araşdırma, interaktivlik və çeviklik, özünəinam, təcrübə və davamlı inkişaf kimi bacarıqların olması vacib şərtdir. Gələcək jurnalistlər düzgün, səlis nitqə sahib olmalı, auditoriyanı ələ almağı bacarmalıdırlar.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026