BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub

28/03/2024

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 27 mart – Azərbaycan Respublikasında “Elm günü” münasibətilə “Elm Günü və günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda tədbir keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elşad Qurbanov səmərəli elmi fəaliyyətinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. Qeyd olunub ki, professor Elşad Qurbanov 1982-ci ildən indiyədək elmi-pedoqoji fəaliyyətini peşəkarlıq və yüksək keyfiyyətlə yerinə yetirib, yüksəkixtisaslı mütəxəssislərin yetişməsində əvəzsiz xidmətlər göstərib.

Hörmətli professorumuzu təbrik edirik!

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026